Главная > Müsahibə > Xalq.az-ın 3 yaşı tamam oldu

Xalq.az-ın 3 yaşı tamam oldu


1-06-2016, 18:45.
 
XALQ.AZ İnformasiya Agentliyi yarandığın gündən müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur. Bu barədə saytın baş redaktoru, Zaur Mirzə-zadə məlumat verib:
"İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda XALQ.AZ xəbər portalı ötən 3 ildə Azərbaycan internet məkanında özünə layiqli mövqe qazana bildi və hazırda populyar xəbər resurslarından biri kimi tanınır. "XALQ.AZ” saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, ə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. "XALQ.AZ” saytı qısa bir müddətdə geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq üç ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər XALQ.AZ-la əməkdaşlıq edir”.


Вернуться назад