Главная > Ölkə / Ümumi > Prezidentlərin görüşü dekabrın əvvəlində baş tutacaq

Prezidentlərin görüşü dekabrın əvvəlində baş tutacaq


18-11-2015, 22:25.
Prezidentlərin görüşü dekabrın əvvəlində baş tutacaq
 
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yəqin ki, dekabrın əvvəlində baş tutacaq. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın hakim Respublika Partiyası İcraiyyə Komitəsinin iclasından sonra partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri  Eduard Şarmazanov bildirib.
"Prezidentlərin görüşü yaxın həftələrdə olacaq. Dekabrın əvvəlində Əliyev-Sərkiaysan görüşünü mümkün sayıram. Görüş hansı gündə və harada keçiriləcək, bu haqda Prezident Aparatı müvafiq qaydada xəbər verəcək” – deyib Şarmazanov.
Xatırladaq ki, oktyabrın 26-da ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bölgəyə səfər zamanı vasitəçilərin ilin sonunadək prezidentlərin görüşünü təşkil eləmək niyyətində olduqlarını söyləmişdi.
 
 
Musavat.com 

Вернуться назад