Главная > Müsahibə > YAP-ın iclasına getməyən tələbələrə töhmət verən dekanın məsələsinə baxılacaq

YAP-ın iclasına getməyən tələbələrə töhmət verən dekanın məsələsinə baxılacaq


1-06-2016, 12:11.

Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının iclasında iştirak etmədiyi üçün töhmət verilməsi məsələsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

"Qafqazinfo” xəbər verir ki, universitet dekanın partiya iclasında iştirak etməyən tələbələrə töhmət verməsi birmənalı qəbul edilmir. Belə ki, filologiya və jurnalistika fakültəsinin III kurs tələbələri YAP-ın may ayının 26-da keçirilən iclasına göndərildiyi halda orada iştirak etməyiblər. Buna görə də sözügedən fakültənin dekanı Sevda Vahabova tərəfindən 14 nəfər tələbəyə töhmət verilib.

"Qafqazinfo” məsələ ilə əlaqədar Dillər Universitetinin Mətbuat Xidmətinin rəhbəri Şəfaqət Kazımova ilə əlaqə saxlayıb. O bildirib ki, məsələdən nə universitet rəhbərliyinin, nə də İdarə Heyətinin məlumatı var: "Bu gün məsələ ilə bağlı iclas çağırılıb. İclasda fakültə dekanı ilə bağlı müvafiq ölçü götürüləcək”.


Tələbələrə töhmət verildi - YAP-ın iclasına görə + Açıqlama

 

Uluyol.info



Вернуться назад