Главная > Ümumi > Əsgərliyə kimi çağırmayacaqlar

Əsgərliyə kimi çağırmayacaqlar


31-05-2016, 17:23.

herbi-cagirish

Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılıb.

Ölkə parlamenti mayın 31-də "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə bununla bağlı dəyişiklik edib.

Dəyişikliyə görə, xarici ölkələrdə ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada oxuyanlara müvafiq təhsilini bitirənədək möhlət hüququ veriləcək.

Hazırda qüvvədə olan qanunvericilikdə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində oxuyanlara möhlət hüququ tanınırdı. Bundan sonra möhlət hüququ əldə etməkdən ötrü Təhsil Nazirliyinin ali məktəblərdən ibarət təsdiqlədiyi siyahıya ehtiyac qalmır.

Вернуться назад