Главная > İdman > “Bavariya”dan tələb: 80 milyondan aşağı təkliflə gəlməyin!

“Bavariya”dan tələb: 80 milyondan aşağı təkliflə gəlməyin!


31-05-2016, 23:33.
 
"Bavariya” müdafiəçisi David Alaba üçün edilmiş 50 milyon avroluq təklifə mənfi cavab verib. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniyanın AS nəşri xəbər yayıb.
 
İspan həmkarlarımızın yazdığına görə, "Real” Avstriya millisinin də şərəfini qoruyan futbolçunun keçidi üçün almanlara 50 milyon avro təklif etsə də, münhenlilər bu təkliflə razılaşmayıb.
 
"Bavariya” rəhbərliyi 23 yaşlı futbolçunun keçidi üçün 80 milyon avro tələb edib. Klubdan bildirilib ki, bu məbləğdən aşağı edilən heç bir təklifə baxılmayacaq.
 
Qeyd edək ki, Alaba "Bavariya”nın heyətində son mövsümdə meydana çıxdığı 46 oyunda 2 qola imza atıb.

Вернуться назад