Главная > Müsahibə > Səftər Nəhmətli vəfat etdi

Səftər Nəhmətli vəfat etdi


31-05-2016, 19:06.
Səftər Nəhmətli vəfat etdi
 
Azərbaycan elminə ağır itki üz verib. Kimya üzrə fəlsəfə doktoru, təhsil eksperti Səftər Nəhmətli vəfat edib. 

Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu facebook sosial şəbəkəsində məlumat verib. 

Q. İbadoğlu yazıb: "Dostlar, bu gün məni məyus edən acı bir xəbər adlım. Dəyərli ziyalı, kamil insan və gözəl pedaqoq, təhsil sahəsində ekspert, kimya üzrə fəlsəfə doktoru Səfdər Nəhmətlinin təmiz qəlbində döyünən, mayası vətən sevgisi ilə yoğrulmuş ürəyi dayanıb. Səfdər müəllimlə tanışlığım 20 ildən çox idi, onu çörəyini namusla, halal zəhmətlə qazanan, əməli və rəftarında həmişə xeyirxahlığa can atan, biliyini vətənimizin və xalqımızın xoşbəxt gələcəyi naminə hər kəslə, əsasən də şagirdləri ilə paylaşan vüqarlı, yenilməz, əsil ziyalı kimi tanıyırdım. Allah Səfdər Nəhmətliyə rəhmət eləsin. Səftər müəllim məkanınız cənnət olsun, sizi həsrətlə və heyranlıqla daima xatırlayacagıq və heç vaxt unutmayacagıq".

Allah rəhmət eləsin!

Вернуться назад