Главная > Kriminal > Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edildi

Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edildi


31-05-2016, 10:16.

cavid-huseynov1

Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda C. Hüseynova hökm oxunub. Hökmə əsasən, C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. C. Hüseynov və vəkili isə ittihamları qəbul etməyib, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.


Вернуться назад