Главная > Ümumi > İnanılmaz iddia: PKK yeni dövlət yaradır

İnanılmaz iddia: PKK yeni dövlət yaradır


26-05-2016, 20:07.

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misirin Suriyada PKK ilə əməkdaşlığını əks etdirən sənədlər üzə çıxıb.

 

Axar.az xəbər verir ki, bu barədə "Taymtürk” xəbər portalı məlumat yayıb.

 

İddiaya görə, ABŞ, BƏƏ və Misirin dəstəyi nəticəsində Suriya Müxalif və İnqilabi Qüvvələr koalisiyasnın komandanı Əhməd Carbanın rəhbərliyi ilə "Suriyanın Gələcək Axını” adlı qruplaşma yaradılıb. Sözügedən qruplaşmanın Kobanidə yaşayan ərəbləri Azad Suriya Ordusunun tərkibində vuruşmaq adı ilə PKK sıralarına qoşduğu açıqlanıb.

 

Məlumatda PKK-nın Suriyanın şimalında muxtar vilayət yaratması üçün ilkin addımların atıldığı bildirilib.

 

Qeyd edək ki, sözügedən sənədlərin 2016-cı ilin fevral ayında Misirin paytaxtı Qahirədə Əhməd Carbanın iştirakı ilə baş tutan toplantıda hazırlandığı vurğulanıb.


Вернуться назад