Главная > Mənəviyyat > 24 barmaqlı Allah bəndəsi - FOTO

24 barmaqlı Allah bəndəsi - FOTO


24-05-2016, 07:51.
 
Dünyada insanlar bir-birindən fərqli xüsusiyyətlərlə doğulur. Bu xüsusiyyətlərdən gələcəkdə problem yaradanı da olur, məşhurlaşdıranı da. Sizə təqdim edəcəyimiz şəxs də bu xüsusiyyətdən nə zərər, nə də ziyan görür.

Türkiyənin Dənizli şəhərinin Çivril qəsəbəsində yaşayan təqaüdçü Əli İhsan Özdəmirin 24 barmağı var. Əllərində 12, ayaqlarında 12 olmaqla cəmi 24 barmağı olan Çivrilli 65 yaşlı Əli İhsan Özdəmir bu qeyri-adiliklə mahalda hər kəsin diqqətini çəkir. 

Ali İhsan Özdəmir barmaqlarının sayının çox olmasının onu narahat etmədiyini söyləyir. Ailəsində yalnız böyük qardaşı və özünün altı barmaqlı olduğunu deyən Özdəmir "Biz beş qardaşıq, yalnız məndə və böyük qardaşımda 6 barmaq var. Digər qardaşlarımda belə bir şey yoxdur"-deyə bildirir. 

3 uşaq atası olan Özdəmir bu fərqli xüsusiyyətin qorxusunu yalnız əsgərlik vaxtı yaşadığını dilə gətirib. Onu bu qeyri-adiliyə görə yararsızlıq haqqında kağız almağı məsləhət bilsələr də o gedib xidmət çəkdiyini söyləyir. Barmaqlarının hamısını istifadə edilə ifadə edən Özdəmir "Bütün barmaqlarımı istifadə edə bilirəm. Yalnız ən kiçik barmaqlarımda güc digərlərinə görə azdır. Amma hamısı funksiyasını yarinə yetirir"-deyir.

Вернуться назад