Главная > Problem > Leyla Yunusun vəziyyəti yenidən pisləşib

Leyla Yunusun vəziyyəti yenidən pisləşib


18-11-2015, 02:08.


 

Doktor Vitt müayinədən sonra deyib ki, onu tibb məntəqəsinə yerlədirməkdən imtina edən həkimlərin hərəkəti xəstəyə siyasi təzyiqdən başqa bir şey deyil

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti ağır olaraq qalır və pisləşir. Bu barədə "Turan İA"-a onun vəkili Elçin Qəmbərov bildirib.

Onu tibb məntəqəsinə köçürmürlər, üstəlik oktyabrın 30-da alman həkim Vittin yazdığı dərmanları da vermirlər. L.Yunusun tibb məntəqəsinə köçürülməsi barədə çoxsaylı müraciətlər cavabsız qalıb”, - vəkil qeyd edib.

Ağır fiziki durum L.Yunusun psixoloji vəziyyətinə də təsir göstərib. Doktor Vitt müayinədən sonra deyib ki, onu tibb məntəqəsinə yerlədirməkdən imtina edən həkimlərin hərəkəti xəstəyə siyasi təzyiqdən başqa bir şey deyil”, - E.Qəmbərov bildirib və bu cür davranışı "açıq işgəncə” adlandırıb.

60 yaşlı L.Yunus hepatit C və diabetin ağır formasından əziyyət çəkir. Dünya ictimaiyyətinin çoxsaylı müraciətlərinə baxmayaraq, hakimiyyət L.Yunusu azad etmir və onun siyasi məhbus kim tanımaqdan imtina edir.

Lakin ötən həftə onun həyat yoldaşı Arif Yunus ölkədən çıxmamaq barədə iltizamla həbsdən azad edilib.(Meydan.tv)


Вернуться назад