Главная > Kriminal > Baş redaktora hökm oxundu: 5 il

Baş redaktora hökm oxundu: 5 il


21-05-2016, 15:37.
Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsi "7gun.az" xəbər portalının təsisçisi və baş redaktoru Cavid Şirəliyevə hökm oxuyub. Bu barədə Arqument.Az-a Cavid Şirəliyevin anası Zahirə Şirəliyevə məlumat verib. 

Onun sözlərinə görə, məhkəmə baş redaktoru 5 il azadlıqdan məhrum edib. Cavid Şirəliyevin anası və onun hüquqlarını müdafiə edən şəxslər isə bu hökmün əsassız olduğunu, baş redaktorun qanunsuz həbs edildiyini bildirirlər. 

Qeyd edək ki, Cavid Şirəliyev Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü, yəni hədə-qorxu ilə tələb etmə maddələrilə təqsirləndirilir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə tanışı Orucov Asif Akif oğlu ilə qabaqcadan əlbir olaraq, 2013-cü ilin iyun ayının təxminən ortalarında Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vurub, ondan icəradarı olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki "Tatar” kafesində əxlaqsızlıq yuvasının olması ilə bağlı rüsvayedici məlumatlar yayma hədəsilə 2000 manat pul tələb edib və sonuncunun 700 manat pulunu Asif Orucovla birlikdə ələ keçirib.

Cavid Şirəliyev ictimaiyyətə ünvanladığı müraciətdə isə istintaqın düzgün aparılmadığını, konkret olaraq şərləndiyini bildirib. Belə ki, onun Vergilər Nazirliyinə göndərdiyi sorğuya nazirlik rəsmi cavab verərək Tovuzda "Tatar" kafenin mövcud olmadığını bildirib. Bundan başqa, tanışı kimi qələmə verilən Asif Orucov isə həmin ərəfədə həbsdə olub. Bunu da Penitensiar Xidmət jurnalistin göndərdiyi sorğuya rəsmi cavabında təsdiqləyib. 

Hörmətlə, Şirəliyev C.Ə”. 

Jurnalistin anası Zahir Şirəliyeva isə bildirir ki, zərərçəkən kimi təqdim olunan Şəfiqə Xankişiyeva bir müddət öncə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədova müraciət edərək, Cavid Şirəliyevdən şikayətçi olmadığını bildirib. Amma sənəd məhkəməyə təqdim olunduqdan sonra dövlət ittihamçısı Şəfiqə Xankişiyevaya zəng edərək ərizəsini geri götürməyə məcbur edib. O, şikayətçini məcbur edib ki, oğlumun üzünə dursun, ondan şikayət etsin. 
Вернуться назад