Главная > Siyasət > Tacikistanda referendum – Emomali oğluna yol açır

Tacikistanda referendum – Emomali oğluna yol açır


22-05-2016, 13:12.
tacik prezident emomeli

Mayın 22-də Tacikistanda Konstitusiyaya düzəlişlərlə bağlı referendum keçirilir. Bu düzəlişlər qəbul edilərsə, prezident Emomali Rahmonun hakimiyyəti daha da güclənəcək.

Ölkə Konstitusiyasına 41 düzəliş təklif olunur. Amma bunlardan ikisi daha önəmlidir. Düzəlişlərdən biri Emomali Rahmonun hakimiyyət başında qalmasını əngəlləyən səlahiyyət müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır.

İkincisi prezidentliyə namizədin yaşının 35-dən 30-a endirilməsidir. Onun böyük oğlu Rustam Rahmonun 33 yaşı 2020-ci ildə tamam olacaq.

Ötən ilin dekabrında parlament 63 yaşlı Rahmon-a "millətin lideri” titulunu verib, özü və yaxınları ömürlük toxunulmazlıq statusu qazanıb.

O, 1992-ci ildən Tacikistanı idarə edir. Bu müddətdə tənqidçilər Emomali Rahmonun dini, siyasi azadlıqları boğduğunu, mətbuatı və vətəndaş cəmiyyətini sıxışdırdığını bildirirlər (azadliq.org).


Вернуться назад