Главная > İdman > Daha bir türk futbolçu İspaniya çempionatında

Daha bir türk futbolçu İspaniya çempionatında


21-05-2016, 21:01.
Daha bir türk futbolçu İspaniya çempionatında
Türk futbolunun ulduzu Arda Turandan sonra daha bir türk futbolçu İspaniya çempionatında çıxış edəcək. 

ANS PRESS-in məlumatına görə, "Qalatasaray"la müqaviləsi bu ayın sonunda bitəcək yarımmüdafiəçi Əmrə Çolak İspaniyanın "Deportivo" klubunun maraq dairəsindədir.

Futbolçunun meneceri Əhməd Bulud danışıqların bitdiyi və transferin iyun ayında rəsmiləşəcəyini bildirib. İstanbul təmsilçisi bəzi futbolçularla yolları ayırmağa qərar verib. Onların arasında Əmrə Çolakın adı da var. "Cim-bom”un yetirməsi olan Çolak ona bəslənən etimadı doğrulda bilmir. Gənc yarımmüdafiəçi ilə Türkiyədə bir neçə klub maraqlanır. Çolakın mövsümün sonunda Avropaya gedəcəyi istisna edilmir. Onunla yanaşı Olcan Adının da "Qalatasaray”dan getmək ehtimalının olduğu bildirilir.

Klub rəhbərliyi futbolçunun oyunundan razı qalmadığından onunla müqaviləni yeniləməyə maraqlı deyil. Hazırda tərəflər arasında danışıqlar gedir. 

Mövsümü 15-ci pillədə bitirən "Deportivo" İspaniyanın ən köklü klublarından biridir. Komandanın azarkeşləri tribunalarda tez-tez Türkiyə bayraqları və türkçülük simvolları asmalarıyla tanınırlar. "Deportivo" azarkeşləri ölkələrində "Los Turcos", yəni "türklər" ləqəbiylə tanınırlar.

Вернуться назад