Главная > İdman > Suares: ''Real"ın təklifni rədd etdim''

Suares: ''Real"ın təklifni rədd etdim''


20-05-2016, 17:58.
Suares: ''Real
"Barselona"nın futbolçusu Luis Suares maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.az-ın məlumatına görə, "BeIN Sports"a danışan uruqvaylı futbolçu daha öncə
"Real"dan təklif alsa da, sonda "Barselona"nı seçdiyini bildirib:

"DÇ-2014"dən öncə "Barselona"dan təklif aldım. Həmin vaxt "Real" da
məni istəyirdi. Ancaq uşaqlıqdan "Barselona"da oynamağın xəyallarını qururdum.
Dünya çempionatında Corcio Kyellini ilə yaşadığım məlum qalmaqaldan sonra
"Barselona" məni dəstəklədi. Bu səbəbdən "Real"ın təklifini rədd edərək
"Barselona"nı seçdim. Hazırda dünyanın ən yaxşı futbolçuları ilə birgə
oynayıram. Nəvələrimə Messi haqda danışacam".

Qeyd edək ki, ötən mövsüm "Barselona"nın heyətində 49 oyun keçirən
Suares 53 qol vurub və 21 məhsuldar ötürmə verib.

 
 

Вернуться назад