Главная > Region > “Xəzər Lənkəran”ın stadionu su altında qala bilər

“Xəzər Lənkəran”ın stadionu su altında qala bilər


17-10-2015, 23:30.

Topaz Premyer Liqasının VIII turunda "Xəzər Lənkəran" və AZAL komandaları arasında nəzərdə tutulan matç təxirə salına bilər.

Sportnet.az xəbər verir ki, səbəb dörd gündür yağan aramsız yağışların şəhər stadionunun ot örtüyünü ağır vəziyyətə salmasıdır.

Şəhərin bəzi yerlərinə sel gəlib, stadionun yanından keçən Lənkəran çayı dolub-daşmaq üzrədir. Çayın stadiona tərəf olan sahilindəki bənd hələlik daşqının qarşısını alır. Amma bir neçə saat da belə davam edərsə, arena su altında qala bilər.

Stadionun ot örtüyünə gəldikdə, hələlik drenaj sistemi vasitəsilə su süzülür. Amma belə davam edərsə, meydanın yararsız hala düşmə təhlükəsi yarana bilər. Sabah AFFA nümayəndələri Lənkərana gedərək, ümumi stadionun vəziyyəti ilə tanış olacaqlar. Onların rəyindən sonra oyunun keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL görüşünün start fitinin oktyabrın 18-də saat 18:00-da çalınması nəzərdə tutulub.

 

    Virtualaz.org


Вернуться назад