Главная > Kriminal > Britaniyada məhbuslar 5 gün evdə, 2 gün həbsdə keçirəcək

Britaniyada məhbuslar 5 gün evdə, 2 gün həbsdə keçirəcək


18-05-2016, 21:09.
britaniya-bayraq
Britaniya hökuməti penitensiar sistemdə islahatlara hazırlaşır. Birləşmiş Krallığın 6 iri həbsxanasının rəislərinə büdcənin bölünməsi və gündəliyin tərtibi ilə bağlı əlavə səlahiyyətlər veriləcək.
 
Sentyabr ayından ölkənin 8 həbsxanasında məhbuslar üzərində GPS-monitorinq tətbiq ediləcək. Məhbuslar həbsxanada yalnız istirahət günlərini keçirəcək. İş həftəsi ərzində isə evdə olacaq, hətta işə gedə biləcəklər.
 
Guardian nəşrinin yazdığına görə, məhbuslara həmçinin təhsil səviyyələrini artırmaq və qohumların ilə ünsiyyət üçün kameralarda planşet kompüterlərindən istifadəyə icazə verilə bilər.(azadliq.info)

Вернуться назад