Главная > Yazarlar > Biz nə ara böyüdük?

Biz nə ara böyüdük?


19-05-2016, 00:09.

 TURAN İSAYEVA

Hələ dünən üsdü- başı palçıq olan uşaqlardıq.
Biz nə ara böyüdük?
Oyunlar oynayan
Ordan bura,burdan ora qaçanlardıq.
Hansı ara eşqə düşdük?
Anamızın ətəyindən yapışardıq.
İtmək qorxumuz vardı
Anamıza sarılardıq.
Biz nə zaman ana əli buraxdıq ki,
Başqa əllər tanıdıq?
Əl-üzümüz kir içində süfrəyə oturardıq,danlanardıq.
Oynayanda yıxılardıq, qanayardıq.
Dizlərimiz hansı ara sağaldı ki,
Ürəyimiz qan rəvandı?
Utanqaclığımız vardı.
Qonaq evə gələndə
Sakit oturmaqlarımız.
Saatlarca susmağımız.
Qonaq evdən gedən kimi
Hay-həşir qoparmaqlarımız.
Biz nə ara böyüdük ki,
İtdi o həyəcanlarımız?
Hələ dünən
iki dişli,mırıq gülüşlülər idik. 
Hansı ara qüsurları öyrəndik?
gözəlliyə önəm verdik?
Atamızın iş dönüşü
Qəpik- quruş dilənərdik.
Biz nə zaman manat qədər qiymətləndik?
Kiçik surprizlərlə üzü gülənlərdəndik.
İndi o gülüşləri gör kimlərdən dilənirik.
Bacı-qardaş davasında tərəf seçənlərdən idik.
Hansı ara böyudük ki,
Özümüzü haqlı bildik?
Hələ dünən, yaxınlarda
Nənə, baba nağılıyla yuxuya gedənlər idik.
Biz nə ara böyüdük ki,
yuxusuzluq öyrəndik?
Gecə saat 12-ni dünya sonu bilənlərdik.
Səhərədək dərd çəkməyi
Biz nə ara öyrəndik?
Oyuncağı dostu ilə bölüşüb sevinənlər idik.
Nə tez böyüdük ki, belə
Bir qəlbi böləmmədik?
Hələ dünən anamızın qucağında körpə idik.
Hansı ara böyüdük ki,
Qədir qiymət biləmmədik?

Вернуться назад