Главная > Siyasət > Müsavat başqanı həbs olunan gənclərlə bağlı çağırış etdi-MƏTN

Müsavat başqanı həbs olunan gənclərlə bağlı çağırış etdi-MƏTN


18-05-2016, 23:03.

Müsavat başqanı Arif Hacılı həbs olunan Qiyasəddin İbrahim və Bayram Məmmədovun hüquqlarının qorunması üçün çağırış edib.Uluyol.info həmin çağırış mətnin təqdim edir:

 

 "Bayram Məmməd və Qiyas İbrahimə qarşı törədilənlər amansızlığın, cəmiyyətə qarşı saymazlığın, hörmətsizliyin son həddidir.

Hakimiyyət bu gənclərə qarşı davranışları ilə yalnız onları deyil, bütün xalqı, hər kəsi əzməyə, alçaltmağa cəhd göstərib.

Susmaq olmaz!

Biz bu açıq haqsızlıqla barışmamalıyıq. Bu gəncləri müdafiə etməklə, özümüzü, cəmiyyətimizi qorumalıyıq.

Hər kəsi Bayram Məmməd və Qiyas İbrahimin hüquqları uğrunda mübarizəyə, bu mübarizəni gənclər azad olunanadək davam etdirməyə çağırıram".

 

Uluyol.info


Вернуться назад