Главная > Mənəviyyat > Şəhid kapitanın təltif olunduğu medal ailəsinə verildi

Şəhid kapitanın təltif olunduğu medal ailəsinə verildi


17-05-2016, 13:06.

Daha bir şəhidimiz təltif olunub. 

Uluyol.info Kəpəz TV-yə istinadən xəbər verir ki, kapitan Vaqif Bayramovun ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal Naftalanda ailəsinə təqdim edilib. 

Şəhidin ailə üzvləri ilə görüşən Müdafiə Nazirinin müavini, ordu generalı Rasim Əliyev, nazirliyin yüksək rütbəli zabitləri, həmçinin şəhidin döyüş yoldaşları onun keçdiyi şərəfli döyüş yoluna nəzər salıblar, aprel döyüşlərində göstərdiyi şücaətdən danışıblar. 

Cəbhənin Goranboy istiqamətində gedən döyüşdə şəhid olan Vaqif Bayramovun qardaşı da Qarabağ müharibəsi şəhididir.


Вернуться назад