Главная > Dünya > Türkiyədə genişmiqyaslı əməliyyatlar - Gülənin qardaşı oğlu həbs olundu

Türkiyədə genişmiqyaslı əməliyyatlar - Gülənin qardaşı oğlu həbs olundu


17-05-2016, 11:44.
Türkiyədə genişmiqyaslı əməliyyatlar - Gülənin qardaşı oğlu həbs olundu
Türkiyənin İzmir vilayəti başda olmaqla 6 vilayətdə həyata keçirilən əməliyyatlar zamanı Fəthullah Gülənin qardaşı oğlu Mehmet Məzhər Gülən də həbs olunub. 

Avropa.info xəbər verir ki, 2010-cu ildə keçirilən dövlət qulluğuna qəbul testlərində imtahanların cavablarını oğurlamaqla bağlı açılan cinayət işi çərçivəsində həbs tələbi ilə növbətçi məhkəməyə göndərilən 88 şübhəlidən 82-si həbs olunub.

Dünən İzmir vilayəti başda olmaqla Balıkesir, Manisa, Ərzurum, Antalya və İsparta vilayətlərində gülənçilərə qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.

Əməliyyatlar zamanı Fəthullah Gülənin qardaşı oğlu Mehmet Məzhər Gülən, İzmirin vilayət imamları, bürokratlar və iş adamlarının da aralarında olduğu 25 nəfər həbs olunmuşdu.

Keçirilən əməliyyatlarla eynivaxtlı olaraq 90 ünvanda axtarış aparılıb.


Вернуться назад