Главная > Siyasət > Elman Fəttah: “Heykəlləri əvvəlcə beyinlərdə yıxmaq lazımdır” – Video

Elman Fəttah: “Heykəlləri əvvəlcə beyinlərdə yıxmaq lazımdır” – Video


16-05-2016, 07:15.

"AXCP ilə Müsavat yeni əməkdaşlığa başlamağa hazırlaşır. Partiya sədrinin müavini Tofiq Yaqublu bu əməkdaşlığın qurulmasında xüsusilə israrlıdır.

Əsas hədəf mübarizəni müxalifət partiyaları arasından çıxarıb iqtidara qarşı yönəltməkdir. Müsavatla AXCP arasında münasibətlərin pis olması və qarşılıqlı ittihamlar ümumi işin ziyanınadır. İqtidarın konsepsiyasına görə mübarizə müxalifətin öz daxilində getməlidir.

Biz isə müxalifətin daxilində gedən mübarizəni dayandırmaq istəyirik. Biz Müsavat partiyası olaraq AXCP-nin bu əməkdaşlıq məsələsinə necə yanaşmasını bilmirik.

Müsavatın əməkdaşlıq təklifinə hələ ki AXCP -dən müsbət cavab almamışıq. Ötən parlament seçkilərində Nida, REAL və Müsavat partiyası arasında uğurlu əməkdaşlıq modeli olub. İlham Əliyev öz hakimiyyətini qorumaq üçün hər gün daha çox avtoritarizmdən itifadə edir.

Mən heykəl hadisəsini Çingiz Abdullayev və Nicat Hilaloğlunun 1958 ci ildə Qız qalasına Azərbaycan bayrağını asması ilə müqayisə edərdim. Heykəl hadisəsi Azərbaycan ictimaiyyətini silkələyən bir hadisədir. Qoyulan heykəl bütləşdirmə məqsədi daşımırsa bunun problemi yoxdur. Heykəllər yıxılan kimi cəmiyyət demokratikləşmir ki.. Heykəlləri əvvəlcə beyinlərdə yıxmaq lazımdır” – Elman

 

Bastainfo.com


Вернуться назад