Главная > Aktual > Erməni general: “Sərhəddə vəziyyət ildırım sürəti ilə dəyişə bilər“

Erməni general: “Sərhəddə vəziyyət ildırım sürəti ilə dəyişə bilər“


15-05-2016, 15:28.

bitmap-img6

Azərbaycan - Ermənistan sərhədinin Naxçıvan ərazisində vəziyyət istənilən an dəyişə bilər

 


Ans press-in "Sputnik-Armeniya" saytına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin 4-cü korpusunun komandiri general-mayor Andranik Makaryan deyib. 

«Sərhəddə vəziyyət istənilən an ildırım sürəti ilə dəyişə bilər" - deyə hərbçi bildirib. O həmçinin qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin Qarabağdakı vəziyyəti təkrarlaya biləcəyini istisna etmir.

May ayının 12-də Ermənistan silahlı bölmələri Naxçıvan sərhədində təxribat törətdikdən sonra yenidən həmin istiqamətdə atəşkəsi pozub.



 
 
 
 
 
 
 
 
 
 
Andranik Makaryan - Ermənistan ordusunun general-mayoru

 Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirib.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, bir neçə saat əvvəl Azərbaycan və Ermənistan qoşunlarının Naxçıvan istiqamətindəki təmas xəttində (Ermənistanın Vayots-Dzor rayonu) erməni muzdlu əsgər öldürülüb.

Вернуться назад