Главная > Dünya / Maraqlı > Messi "El Klasiko"da oynayacaq

Messi "El Klasiko"da oynayacaq


15-11-2015, 15:16.

 

"Barselona"nın ulduz futbolçusu Lionel Messi "Real"la matç ərəfəsində zədədən sonra bərpa prosesi keçir.


Futbolçuların əksəriyyəti yığma komandalarının düşərgələrində olduğundan Luis Enrike sərəncamında olanlara şənbə və bazar günləri istirahət verib.


Buna baxmayaraq, argentinalı forvard Xerard Lopesin rəhbərliyi altında gənc komandada məşqə çıxıb, daha sonra fiziki hazırlıq üzrə məşqçiylə çalışıb.


Məlumatda bildirilir ki, Messi bazar ertəsi əsas komandanın heyətində "El Klasiko"nun hazırlıqlarına başlayacaq.


"Real" – "Barselona" oyunu 21 noyabrda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.(dsport.az)

 

 

 

 

ULUYOL.İNFO



Вернуться назад