Главная > Dünya > İran səfirinə tualet fırçası və diş pastası göndərildi - VİDEO

İran səfirinə tualet fırçası və diş pastası göndərildi - VİDEO


15-11-2015, 13:50.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu İranın Ukraynadakı fövqəladə və salahiyyətli səfirinə İranın İRİB TV-2 kanalında yayımlanan "Fitilə” adlı televiziya komediyasında azərbaycanlıların təhqir olunmasına etiraz olaraq xüsusi qutuda tualet fırçası və diş pastasını "hədiyyə" göndərib.

Bu barədə məlumatı XəzərNews.az-a UABD-dən veriblər. "Ərməğan"ı səfirliyə13 noyabr səhər saatlarında "kuryer” vasitəsilə göndərən UABD fəalları bu aksiya ilə bağlı sosial video-çarx da hazırlayaraq ictimaiyyətə təqdim ediblər. Bununla da UABD fəalları sosial-ictimai aksiyaya hamını dəvət ediblər.  Dünyanın müxtəlif ölkələrində olan İran səfirliklərinə bu cür "hədiyyələr”in göndərilməsinə çağırış olan həmin video- çarxı diqqətinizə çatdırırıq.


 

 
 
ULUYOL.İNFO

Вернуться назад