Главная > Siyasət > İsveçin baş nazir müavini istefa verdi

İsveçin baş nazir müavini istefa verdi


10-05-2016, 00:45.

İsveç baş nazirinin müavini və ətraf mühit naziri Asa Romson tutduğu vəzifələrdən istefa verib. Romsonun istefa verdiyini baş nazir Stefan Löfven keçirdiyi mətbuat konfransında açıqlayıb.

Romson həmçinin, Yaşıllar Partiyasının həmsədrliyindən də istefa verib. O, 2011-ci ildən bəri Qustav Fridolin ilə birlikdə Yaşılların həmsədri idi.

Asa Romsonu hökumətdə və Yaşıllarda tutduğu vəzifələrdən istefaya vadar edən onun Şəhərsalma naziri türk əsilli partiyadaşı Mehmet Kaplanı müdafiə etməkdə ittiham olunmasıdır.

Mehmet Kaplan – İsveçin ilk müsəlman naziri

Kaplan radikal islamçılarla əlaqədə ittiham olunur və bu ittihamlara görə o, 3 həftə əvvəl tutduğu vəzifədən istefa verib. Yerli medya baş naziri Kaplanı müdafiə etdiyi üçün hədəfə alıb. Yaşıllarda isə bununla partiyanın səs itirdiyi iddia olunub.

Yaşıllar bu həftənin sonunda qurultay keçirib yeni həmsədrini seçəcək.


Вернуться назад