Главная > Siyasət > Gənclər Avstriyanın baş nazirini istefaya məcbur etdilər

Gənclər Avstriyanın baş nazirini istefaya məcbur etdilər


9-05-2016, 19:01.
Gənclər Avstriyanın baş nazirini istefaya məcbur etdilər
 
Qaçqınlara qarşı sərt mövqeyi ilə tanınan və tənqidlərə məruz qalan Avstriyanın baş naziri Verner Fayman istefa verdiyini açıqlayıb.

Baş nazir həmçinin partiya liderliyindən də istefa verdiyini bildirib.

Sosial Demokrat Partiyasının rəhbəri olan V.Fayman qaçqınlara qarşı sərt mövqeyinə görə partiya üzvləri və həmkarlar ittifaqı tərəfindən sərt tənqid olunurdu.

Avstriyada 2 həftə əvvəl keçirilən seçkilərdə qalib olan V.Fayman "Partiyam artıq məni dəstəkləmir” deyərək, istefa verib.

Qeyd edək ki, 1 May İşçi Günü ilə bağlı partiyanın gənc üzvləri aksiya təşkil edərək, V.Faymanı istefaya çağırmışdılar.(musavat.com)

Вернуться назад