Главная > Ölkə > Müsavatçılar Şuşanın işğal günü Şəhidlər Xiyabanın ziyarət etdilər

Müsavatçılar Şuşanın işğal günü Şəhidlər Xiyabanın ziyarət etdilər


8-05-2016, 17:58.

Müsavatçılar Şuşanın işğal günü Şəhidlər Xiyabanın  ziyarət etdilərBu gün Şuşanın işğalından 24 il keçir.

Müsavat Partiyasının bir qrup təmsilçisi Şəhidlər Xiyabanını ziyarət ediblər. Müsavatçılar öncə 20 Yanvar şəhidlərinin məzarları üzərinə qərənfillər qoyub, sonra Şuşa uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin, o cümlədən Milli Qərrəmanlarımız Salatın Əsgərovanın, Albert Aqarunovun və Ramiz Qəmbərovun qəbirlərini ziyarət ediblər.

Tədbirdə MSDM-in sədri İsa Qəmbər, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Müsavat başqanının müavini Gülağa Aslanlı, vaxtilə Ramiz Qəmbərovun rəhbərlik etdiyi batalyonun əsgərləri olmuş Mustafa Hacıbəyli və Ümidvar Məmmədov, Müsavatın Şuşa təşkilatının sədri Rövşən Atakişiyev və başqaları çıxış ediblər. Çıxışlarda şəhidlərimizin qəhrəmanlığı qeyd olunub, onlarının qanının yerdə qalmayacağına və işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inam ifadə edilib.

Bastainfo.com

 


Вернуться назад