Главная > Siyasət > Arif Hacılı Tofiq Yaqubluya yeni görəv verdi

Arif Hacılı Tofiq Yaqubluya yeni görəv verdi


7-05-2016, 20:47.

Müxalifətin birliyi cəmiyyətin maraqlarına uyğundur.

Əliyev rejiminin müxalifəti ümumiyyətlə siyasi sistemin tərkib hissəsi hesab etmədiyi, faktiki olaraq birpartiyalı sistem qurmağa çalışdığı indiki məqamda müxalifətdaxili çəkişmələr xüsusilə zərərlidir”. 

Bu sözləri Müsavat başqanı Arif Hacılı özünün facebook səhifəsində yazıb.

"Bu vəziyyəti dəyişmək, "mübarizə xəttini müxalifətin daxilindən çıxarmaq”, ilk mərhələdə müxalifətin funksional əməkdaşlığına nail olmaq üçün çalışırıq.

Fikrimizcə Müsavat və AXCP nın əməkdaşlığı ölkə müxalifətinin birliyinin təməli ola bilər.

Bu istiqamətdə çalışmaları davam etdirmək üçün, yeni həbsdən çıxmış müavinim Tofiq Yaqublunu görəvləndirdim. Xeyirli uğurlu olsun”, – Arif Hacılı qeyd edib.


Вернуться назад