Главная > İdman > "Neftçala" ardıcıl 2-ci dəfə çempion oldu

"Neftçala" ardıcıl 2-ci dəfə çempion oldu


6-05-2016, 19:39.
I divizionda XXV turun oyunları keçirilib.Uluyol.info "fanat.az"-a istinadən xəbər verir ki, tur çempionun müəyyənləşməsi ilə yadda qalıb.

Belə ki, lider "Neftçala" doğma meydanda "Mil-Muğan"a qalib gəlib - 1:0. İkinci pillədəki "Qaradağ Lökbatan" isə səfərdə "Ağsu"ya 2:3 hesabı ilə uduzub. Son 4 turdan öncə ikinci pillədən 4 xal aralanan "Neftçala" ardıcıl ikinci mövsümdə I divizionun qalibi olub."Qaradağ Lökbatan" isə ikinciliklə kifayətlənib.

Turun digər oyunlarına gəlincə, "Zaqatala" "Turan Tovuz"u 5:2, "Bakı" "Bakılı"nı 3:0 hesabı ilə darmadağın edib. "Göyəzən" səfərdə "Energetik"i, MOİK "Şəmkir"i 2:1 hesabı ilə yenib.

"Şahdağ” -"Şərurspor” oyunu isə ev sahiblərinin meydana çıxmaması səbəbindən baş tutmayıb. Oyunla bağlı qərarı İntizam Komitəsi verəcək. 

I divizion
2015/16 mövsümü
II dövrə, XXV tur

6 may 
Mil-Muğan - Neftçala 0:1
Qol: David Canelidze, 62-pen.

Ağsu - Qaradağ Lökbatan 3:2
Qollar: Malik Babayev, 25. Elnur Səmədov, 50. Qalib Əmrahov, 90 - Sabir Allahquliyev, 35. Raul Yaqubzadə, 38.

Zaqatala - Turan Tovuz 5-2
Qollar: Elnur Soltanlı, 12. Elvin Nəsibov, 24. Elmir Sulxayev, 37. Oruc Balaşlı, 46. Arzuman Nəsibov, 50 - Vüsal Qarayev, 53. İlkin Rzayev, 83.

Bakı - Bakılı 3:0
Qollar: Salman Altuxanov, 3. Valeh Seyidov, 26-pen. Habil Nurəhmədov, 51.

Energetik - Göyəzən 1:2
Qollar: Tural Məmmədov, 88-pen - Anar Hümbətov, 52. Nəriman Hüseynov, 60.

Şəmkir - MOİK 1:2
Qollar: Orxan Məmmədov, 4 - Röyal Nəcəfov, 20-pen. Orxan Həsənov, 65.

Uluyol.info

Вернуться назад