Главная > Siyasət > İsa Qəmbər Rusiya radiosunda: “Ermənistan növbəti çox ciddi səhvə yol verir”

İsa Qəmbər Rusiya radiosunda: “Ermənistan növbəti çox ciddi səhvə yol verir”


5-05-2016, 15:27.
İsa Qəmbər Rusiya radiosunda:
 
"Hesab edirəm ki, Ermənistan növbəti çox ciddi səhvə yol verir və bu prosesi nə qədər tez dayandırsalar, o qədər yaxşıdır. Çünki qondarma DQR-in tanınması danışıqlar prosesinə ölümcül zərbə deməkdir. Təbii ki, belə addımlardan sonra danışıqlar prosesi bütün əhəmiyyətini itirir”.

Virtualaz.org xəbər verir ki, bunu Ermənistan parlamentinin və hökumətinin "DQR”in tanınması istiqamətində son addımlarını dəyərləndirən azərbaycanlı siyasətçi İsa Qəmbər "Qovorit Moskva” ("Danışır Moskva”) radio stansiyasına müsahibəsində bildirib.

Lakin siyasətçi ümid etdiyini bildirib ki, Ermənistan geri çəkiləcək və qanun layihəsini qəbul etməyəcək. O, bunu sadəcə olaraq Azərbaycana təzyiq cəhdi kimi qiymətləndirib.


Вернуться назад