Главная > Müsahibə > AİP-in təşkilatçılığı ilə Bakıda möhtəşəm Məbəs Bayramı keçirilib

AİP-in təşkilatçılığı ilə Bakıda möhtəşəm Məbəs Bayramı keçirilib


4-05-2016, 16:09.

AİP-in təşkilatçılığı ilə Bakıda möhtəşəm Məbəs Bayramı keçirilib

Tədbirdə ölkənin tanınmış ruhaniləri, siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər

 

Bu gün Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə əziz islam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə seçilməsi, Məbəs günü ilə bağlı ilə bayram tədbiri keçirilib. İslaminSesi xəbər verir ki, tədbirdə ölkənin tanınmış ruhaniləri, siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Tədbir ilk öncə Allah kəlamı və Azərbaycan dövlət himninin oxunuşu ilə açıq elan edilib.

 

Bundan sonra AİP-in həbsdə olan lideri Mövsüm Səmədovun Məbəs Bayramı ilə bağlı təbrik məktubu oxundu.

 

Sonra çıxış edən tədbir iştirakçıları İslam peyğəmbərinin keçdiyi həyat yolu, əzəmətli şəxsiyəti, əxlaqi və yüksək mənəvi dəyərləri haqqında məlumat veriblər.

 

Tədbir ruhanilərin, siyasi xadimlərin çıxışları Əhli-Beyt(ə) məddahlarının nəğmələri ilə davam edib.

 



Вернуться назад