Главная > Cəmiyyət > Elmar Məmmədyarov: "Azərbaycan öz ərazi bütövlüyünü güzəştə getməyəcək"

Elmar Məmmədyarov: "Azərbaycan öz ərazi bütövlüyünü güzəştə getməyəcək"


4-05-2016, 17:27.
Elmar Məmmədyarov:
 
"Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır".

Virtualaz.org bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiyada Vişeqrad qrupu (V4) və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.

Nazir bildirib: "Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır. Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan V4 və digər beş Şərq Tərəfdaşlığı ölkəsi kimi öz ərazi bütövlüyünü güzəştə getməyəcək. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi, Ermənistan Silahlı Qüvvələri qeyd-şərtsiz işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir".

Вернуться назад