Главная > İdman > "Lester" tarixində ilk dəfə çempion oldu

"Lester" tarixində ilk dəfə çempion oldu


3-05-2016, 01:23.

İngiltərənin «Lester» futbol klubu tarixində ilk dəfə ölkə çempionu adını qazandı. Bu gecə «Tottenhem»in «Çelsi»yə qalib gələ bilməməsindən sonra çempion birinciliyin sonuna 2 həftə qalmış müəyyənləşib.

Uluyol.info xəbər verir ki, «Tottenhem»lə «Çelsi»nin oyunu 2:2 hesabı ilə başa çatıb. Bundan sonra hər hansı klubun turnir cədvəlində «Lester»ə çatması qeyri-mümkündür.

İndiyə kimi lesterlilərin ən böyük uğuru 1928-1929-cu illər mövsümündə birinci divizionda ikinci yeri tutmaları olub. Bundan başqa, klub 3 dəfə Futbol liqası kubokunun sahibi olub.

2010-cu ildə klubu tailandlı milyardçı Vişay Şrivaddanaprabha alıb. «Lester» 2013-2014-cü illər mövsümündə İngiltərə Premyer-liqasında oynamaq hüququ qazanıb.

Komandanın baş məşqçisi italiyalı mütəxəssis Klaudio Ranyeridir.


Вернуться назад