Главная > Maraqlı > Fransalı jurnalist İŞİD sıralarına qoşularaq onlar haqqında film çəkdi - VİDEO

Fransalı jurnalist İŞİD sıralarına qoşularaq onlar haqqında film çəkdi - VİDEO


2-05-2016, 22:17.
Fransalı jurnalist İŞİD sıralarına qoşularaq onlar haqqında film çəkib - VİDEO
 
"Onların əməllərində heç zaman islamın əlamətləri müşahidə edilmirdi”.

Fransalı jurnalist üç ay müddətinə gələcək cihadçıların radikal şəbəkəsinə qoşulub
və "İŞİD” terror qrupu adından Fransada terror aktını keçirməyi planlamalarına
dair gizli kamera vasitəsilə film çəkib. 

Oxu.Az xəbər verir ki, Səid Rəmzi təxəllüsündən istifadə edən jurnalist "Allahın
əsgərləri” adlı sənədli film üçün araşdırma aparıb, bu film gənc cihadçıların kim
olduğundan danışmalıdır. Filmin nümayişi Fransada bazar ertəsi baş tutacaq. 

"Mənim məqsədim, onların başlarında nə baş verdiyini anlamaq idi”, - jurnalist
France-Press agentliyinə bildirib. 

"Əsas dərslərdən biri, onların əməllərində heç zaman islamın əlamətləri
müşahidə edilmədiyi oldu. Dünyanı yaxşılaşdırmaq arzusu yox idi. Sadəcə
intihar meyilli, özlərini itirmiş, çaşqın, asanlıqla təsir altına düşən gənclər idi”,
- Rəmzi qeyd edib. 

Rəmzi bildirib ki, radikallar ilə – sosial şəbəkələrin vasitəsilə əlaqəyə girmək asan
idi. Daha sonra isə o, düşərgədə olub. Qadın ona təlimatların olduğu məktub
verib. Məktubda, həmçinin gecə klubunun hədəf alındığı hücum planı da var idi. 

Plan həyata keçirlənə qədər, qrup hüquq mühafizə orqanları tərəfindən
saxlanılıb və cihadçıların planı baş tutmayıb. 


 


Вернуться назад