Главная > Cəmiyyət > İnflyasiya elan olunduğundan yüksəkdir“ - Qubad İbadoğlu

İnflyasiya elan olunduğundan yüksəkdir“ - Qubad İbadoğlu


13-11-2015, 23:22.

bitmap-img6

 

Qubad İbadoğlu: "Devalvasiyasının inflyasiyaya təsirini birtərəfli qiymətləndirmək mümkün deyildir" 

 


"Dövlət Statistika Komitəsi (DSK) inflyasiyanın səviyyəsini azaldaraq saxtalaşdırır".

Bu sözləri Mərkəzi Bankın inflyasiya proqnozuna münasibət bildirən iqtisadçı alim Qubad İbadoğlu PİA.AZ-a açıqlamasında şərh edib.

Azərbaycanda inflyasiyanın göstərilən proqnozdan yüksək olduğunu qeyd edən iqtisadçı Qubad İbadoğlu hesab edir ki,  istahlak bazarında idxal mallarının qiymət artımı ümumi inflyasiya səviyyəsinə artırıcı təsir göstərib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) proqnozuna görə, 2015-ci ildə orta illik inflyasiya 4.4% təşkil edəcək. Qubad İbadoğlu isə hesab edir ki, Azərbaycanda inflyasiya Mərkəzi Bankın elan etdiyindən yüksəkdir:

"Hazırkı inflyasiya səviyyəsi 2011-ci ildən sonrakı illərin ən yüksək göstəricidir. 9 ayın yekunlarına görə bu il ölkədə 4,7 faiz inflyasiya qeydə alınıb. Yalnız ötən aydan başlayan deflyasiyanın davam etməsi bu ilin sonuna  inflyasiyanın 4,4 faiz  səviyyəsində qərarlaşmasını şərtləndirə bilər. Mərkəzi Bank bu il üçün inflyasiyanı 2-3% səviyyəsində hədəfləmişdi. BVF əvvəlki proqnozlarında  Azərbaycanda inflyasiyanı 7,9 faiz elan etmişdi, lakin, bu təşkilat  ötən ay   proqnozlara edilən dəyişiklikdən sonra Azərbaycanda  bu il üçün  5%, 2016-cı ildə isə 4,2% inflyasiya  gözlədiyini açıqlayıb.  

Fikrimizcə, əvvəllər olduğu kimi bu ildə də Dövlət Statistika Komitəsi (DSK) inflyasiyanın səviyyəsini azaldaraq saxtalaşdırır. İllərdir ki, inflyasiya səbətinin tərkibində, eyni zamanda səbətə daxil olan məhsul və xidmətlərin xüsusi çəkisində dəyişikliklər etməyən Dövlət Statistika Komitəsinin hazırkı açıqlamaları  məndə şübhə doğurur. Biz bunu əvvəllər apardığımız alternativ inflyasiya hesablanması yolu ilə dəfələrlə sübut etmişik. Hazırda isə yalnız onu deyə bilərəm ki, Azərbaycanda inflyasiya elan olunduğundan yüksəkdir". 

Qubad İbadoğlu: "Dövlət Statistika Komitəsinin hazırkı açıqlamaları  məndə şübhə doğurur".


İqtisadçı alim fevraldakı devalvasiyanı illik inflyasiyaya nə qədər təsir göstərdiyi barədə də fikirlərini bildirib:

"Fevral devalvasiyası ilk növbədə idxal mallarının qiymətinin bahalaşmasını şərtləndirib. Bu il bütövlükdə idxalın və onun tərkibində də istehlak mallarının əvvəlki illə müqayisədə artdığını nəzərə alaraq,  istahlak bazarında idxal mallarının qiymət artımı ümumi inflyasiya səviyyəsinə artırıcı təsir göstərib.  Amma bununla yanaşı, devalvasiyanın nəticəsində ailə büdcəsinin strukturunda baş verən dəyişikliklər daha çox ərzaq inflyasiyasını stimullaşdırıb. Qeyri-ərzaq malları bazarında alıcılıq qabliyyətinin aşağı düşməsi səbəbindən başlayan tənəzzül həmin məhsulların qiymətinin ucuzlaşmasına gətirib çıxarıb. Odur ki, devalvasiyasının inflyasiyaya təsirini birtərəfli qiymətləndirmək mümkün deyildir". 

Eyni zamanda Qubad İbadoğlu 2016-cı ildə əhalinin gəlirlərinin azalması gözləntilərinin fonunda inflyasiyanın gələn il də bu ilə nisbətən sabit qala biləcəyini də vurğulayıb: 

"Beynəlxalq Valyuta Fondu gələn il bu ildən az inflyasiya proqnozlaşdırsa da, bütövlükdə 2016-cı ildə gözlənilən inflyasiya səviyyəsi 4,2 faizdir. Bu da gələn il ərzində əhalinin gəlirlərinin artım səviyyəsinin aşağı düşmə fonunda xərclərinin yüksək olacağını deməyə əsas verir".

Gülşən ŞƏRİF
pia.az

Вернуться назад