Главная > Siyasət > Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib


2-05-2016, 16:11.

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Başqan müavini Tofiq Yaqublu Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşü barədə məlumat verib.

Başqan müavini Elman Fəttahın Müsavat Partiyası Şirvan şəhər təşkilatının şurasında iştirakı barədə məlumatı dinlənilib.

Şəki Apellyasiya Məhkəməsinin Tofiq Yaqublu və İlqar Məmmədov barədə hökmü qüvvədə saxlaması ədalət mühakiməsi adına ləkə kimi qiymətləndirilib. Bu qərar son zamanlar ölkədə siyasi mühitin yumşalması barədə bəzi siyasi ekspertlərin, beynəlxalq təşkilatların proqnozlarının yanlış olduğunu göstərdiyi bildirilib.

"bastainfo.com” saytına qarşı xaker hücumlarının hakimiyyət tərəfindən təşkil edildiyi vurğulanıb, ifadə azadlığına növbəti basqı kimi qiymətləndirilib və bu barədə ayrıca bəyanat qəbul olunub.

Müsavat Partiyası hakimiyyətdən döyüş bölgəsində yaşayan mülki əhalinin kommunal xərclərdən azad olunmasını tələb edib.

Sonda cari məsələlərə baxılıb.

02 may 2016-cı il


Вернуться назад