Главная > Maraqlı > Gürcüstanda subaylar nəzarətə götürüldü

Gürcüstanda subaylar nəzarətə götürüldü


2-05-2016, 19:54.
Ölkədə bütün subay şəxslər qeydə alınacaq.

Gürcüstan höküməti demoqrafik göstəricini yüksəltmək və nikahların sayını artırmaq üçün  maraqlı addım atacaq. Nigaha düşənlərin sayının azalmasından təşvişə düşən hökümət  bütün subay şəxslərin qeydiyyata alınmasına qərar verib.

Subayların  qeydiyyata alınması ilə  bu ilin mayın 26-da yaradılacaq Gürcüstan Demoqrafik İnkişaf Agentliyi məşğul olacaq. Agentliyin rəsmi səhifəsində qeyd olunur ki,  məqsəd Gürcüstanın demokrafik inkişafını artırmaqdır.

Məlumata görə, ölkənin bütün ərazisində subay olan həm qız, həm də oğlanlar qeydiyyata alınacaq. Bununla əlaqədar bir baza yaradılacaq və agentlik subaylara ailə qurmaqda köməklik edəcək. Lakin   bu prosesin  necə həyata keçiriləcəyi barədə  heç bir informasiya yoxdur.

Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, əvvəlki illərlə müqayisədə 2015-ci ildə Gürcüstanda nikahların sayı 7,1% azalıb. Ötən il cəmi 29 277 cütlük öz münasibətlərini rəsmiləşdirib.

Gürcüstan – Cənubi Qafqazda yerləşən dövlətdir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Paytaxtı Tiflis şəhəridir. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Hazırda ölkənin ərazisi 69.700 km², əhalisi isə rəsmi rəqəmlərə görə təxminən 3,7 milyon nəfərdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. 1991-ci ildə müstəqillik əldə edib.(anspress)
Вернуться назад