Главная > İdman > "Qalatasaray" Türkiyə tarixində ilkə imza atdı - VİDEO

"Qalatasaray" Türkiyə tarixində ilkə imza atdı - VİDEO


27-04-2016, 22:45.
Basketbolda 2015-2016 mövsümünün EUROCUP-da çempionu Türkiyə təmsilçisi
"Qalatasaray” oldu.

Musavat.com "NTVSpor” telekanalına istinadən xəbər verir ki, "Qalatasaray"
Türkiyə basketbol tarixində EUROCUP-da çempion olan ilk türk komandası olaraq
tarixə yazıldı.

Türkiyə komandası Abdi İpəkçi idman arenasında oynanılan oyunda Fransa təmsilçisi
"Strasburq”a 78-67 hesabı ilə qalib gələrək, qızıl medalın sahibi oldu.
 


 

Вернуться назад