Главная > Maraqlı > Almaniyada elektromobil alanlara 5 min avro veriləcək

Almaniyada elektromobil alanlara 5 min avro veriləcək


27-04-2016, 13:19.

elektromobil

Almaniya ölkədə istifadə edilən yanacaqla işləyən avtomobillərin elektromobillərlə əvəzlənməsi üçün layihə hazırlayıb. Elektromobillərə marağı artırmaq üçün Almaniyanın Maliyyə Nazirliyinin hökümətə layihə təqdim edib. Bu layihəyə əsasən elektromobil alanlara 5 min avro verilməsi nəzərdə tutulub. Hibrid avtomobila almaq istəyənlərə isə 3 min avro pul verilir. Təqdim edilən güzəştlərə qiyməti 60 min manata qədər olan elektromobillərə aid ediləcək. Elektomobillərin nəqliyyatda istifadəsinin artırılması ilə bağlı layihənin ümumi dəyəri isə 1.2 milyard avrodur.

Hökümət tərəfindən veriləcək bu dəstəyin 2018-ci ildən başlanılması gözlənilir. Hökümət tərəfindən verilən açıqlamada bildirilib ki, əsas məqsəd2018-ci ilə kimi nəqliyyatda istifadə edilən hər 5 avtomobildən 1-nin elektormobil olmasıdır. (Fins.az)


Вернуться назад