Главная > Region > Kürdəmirdə traktor aşdı: sürücü xilas edildi

Kürdəmirdə traktor aşdı: sürücü xilas edildi


13-11-2015, 22:47.

 

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Sor Sor kəndində vətəndaşa məxsus "K-700” markalı traktor idarəetməni itirərək yol kənarına aşıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü xilas edib və aidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 21:31-də başa çatıb.


Вернуться назад