Главная > Aktual > Ərdoğan Bakıya gəldi

Ərdoğan Bakıya gəldi


25-04-2016, 18:06.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana gəlib.

"Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanı Esenboğa hava limanından dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım, prezidentin mətbuat katibi Fahri Kasırqa, Türkiyə Böyük Millət Məclisinin (TBMM) idarə sədri Salim Uslu, Ankara valisi Mehmet Kılıçlar və digər rəsmi şəxslər yola salıb.

Azərbaycana səfərində Türkiyə liderini həyat yoldaşı Əminə Ərdoğan, bir neçə nazir və məmurların olduğu heyət müşayiət edəcək.


Вернуться назад