Главная > Kriminal > Suriyadan atılan mərmi Türkiyədə məscidə düşdü, yaralılar var

Suriyadan atılan mərmi Türkiyədə məscidə düşdü, yaralılar var


24-04-2016, 16:43.
Suriyadan atılan mərmi Türkiyədə məscidə düşdü, yaralılar var
Bu gün yerli vaxtla saat 18:00 radələrində Suriya ərazisindən atılan qumbaraatan
mərmisi Kilis şəhərində məscidə düşüb.

APA-nın "Milliyet”-ə istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən,
hadisə nəticəsində xəsarət alanlar var.

Partlayışın gücündən ətrafdakı binaların şüşələri qırıldı. Yaralılar təcili yardımlarla
xəstəxanalara çatdırılır.

Xatırladaq ki, bu gün səhər saatlarında da Kilis şəhəri  atəşə tutulub. Şəhərin
Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.

Вернуться назад