Главная > Siyasət > Obama: “Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”

Obama: “Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”


24-04-2016, 20:31.
Obama:
Rəsmi Moskva Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə
yetirməyincə  Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti
Barak Obama Hannoverdə, Almaniya kansleri Angela Merkel ilə görüşündən
sonra bəyan edib.

"Mövqeyimiz dəyişməz olaraq qalır. Sanksiyaların qüvvədə qalacaq, Rusiyanın
Ukraynaya təcavüzü başa çatmayana qədər bu belə olacaq”, deyə ABŞ
prezidenti bildirib.

Qeyd olunur ki, Obama və Merkel həmçinin Suriyadakı vəziyyəti müzakirə ediblər.

Вернуться назад