Главная > Problem > Bakıda xarici vətəndaşın evini qarət etdilər (VİDEO)

Bakıda xarici vətəndaşın evini qarət etdilər (VİDEO)


13-11-2015, 22:09.
Bakıda xarici vətəndaşın evini qarət etdilər (VİDEO)
 
Süleyman Rüstəm küçəsində yaşayan Avstriya vətəndaşı, 1967-ci il təvəllüdlü Mixael Kuermayr Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun evinə giriş qapısına açar seçməklə daxil olub. 

Hüquq-mühafizə orqanları əməkdaşlarının mənzildə apardıqları araşdırmalardan sonra məlum olub ki, oğru və ya oğrular Avstriya vətəndaşının evindən 4000 funt-sterlinq nəğd pul aparıblar.

Bununla yanaşı, 22-ci Polis Bölməsinin əməkdaşları yaşayış binasına şübhəli şəxslərin daxil olub olmamasını yoxlamaq üçün binanın girişində qurraşdırılan təhlükəsizlik kamerasının görüntülərinidə əldə edərək istintaqa təqdim ediblər.

Nəsimi Rayon Polis İdarəsində faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Mixael Kuermayr Bakıdakı şirkətlərin birində ofis meneceri vəzifəsində çalışır.(APA)
Вернуться назад