Главная > Ölkə > 24 aprel “Bütöv Azərbaycan Gənclər Günü”dür…

24 aprel “Bütöv Azərbaycan Gənclər Günü”dür…


24-04-2016, 13:48.

1F448632-5246-4992-BBDF-652B2591C970_w268_r1_cx10_cy1_cw78

Milli Şura mətbuat xidmətinin rəhbəri, hüquq müdafiəçisi Oqtay Gülalıyev facebook profilində "24 aprel – Bütöv Azərbaycan Gənclər Günü” haqqında status paylaşıb.Uluyol.info olaraq həmin statusu ictimaiyyətə olduğu kimi təqdim edirik:

"1999- cu il aprelin 24- də Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin təşəbbüsü və ölkədə fəaliyyət göstərən 40-a yaxın gənclər təşkilatının iştirakı ilə "24 aprel- Bütöv Azərbaycan Gənclər günü” elan edilib. Ötən müddət ərzində hər il bu gün məhdud sayda insanlar tərəfindən olsa da anılır və qeyd edilir.

Bilirsiniz ki, 24 aprelin həm də başqa anlamı var. Bədnam qonşularımız 1915- ci ildən üzü bəri 101 ildir ki, bu günü "ermənilərin soyqrımı” kimi qeyd edirlər. Dünyaya özlərini türklər tərəfindən soyqrıma məruz qalmış, məzlum, əzabkeş xalq kimi təqdim etməyə çalışırlar. Onların nə deməsindən, nə istəməsindən asılı olmayaraq bütün dünya əsl həqiqətləri bilməkdə və dərk etməkdədir.

Bütöv Azərbaycan Gənclər günü həm də qondarma "erməni soyqırımı”- na bir cavabdır. Türk gəncliyi əsl həqiqətlərin ortaya çıxmasına, Türkün və dünya tarixinin düzgün yazılmasına öz layiqi töhfəsini verəcək inşallah!

Mən bütün varlığımla inanıram ki, işğal olunmuş torpaqlarımızın azad olunması, erməni vəhşiliyinin dünyaya tanıdılması, ölkəmizdə demokratiyanın bərqərar edilməsi, o taylı- bu taylı vətənimizin bütövləşməsi gənclərimizin iradəsi və xalqımızın dəstəyi ilə reallaşacaq. O gün uzaqda deyil.

İnanıram ki, Milli Qəhrəmanımız Mübariz İbrahimov, demokratiya fidanı Nərgiz Yaqublu, əyilməzlik simvolları İlkin Rüstəmzadə, Xədicə İsmayıl, Taleh Bağırzadə kimi gəncliyi olan xalq məğlubedilməzdir və qələbəyə layiqdir!

24 aprel- Bütöv Azərbaycan Gənclər günü münasibəti ilə güneyli- qüzeyli bütün gənclərimizi təbrik edirəm. Onlara ugurlar, birlik və qələbə arzulayıram!"

   


Вернуться назад