Главная > Problem > "Kontakt home"nin Bakı sakinlərinə etdiyi ayrı-seçkilik — ŞİKAYƏT
"Kontakt home"nin Bakı sakinlərinə etdiyi ayrı-seçkilik — ŞİKAYƏT23-04-2016, 14:07. |
"Kontakt home" məişət əşyaları şəbəkəsinin "Bakı sakinlərinə, iş yerindən arayışsız, yalnız şəxsiyyət vəsiqəsi ilə" kampaniyası yalan imiş. Belə ki, bu gün şirkətin Ayna Sultanova heykəlinin yaxınlığındakı dükanından kreditə televizor götürmək istəyən bir müştəri redaksiyamıza müraciət edib: "Yasamal rayon sakiniyəm, "Kontakt home"nin Ayna Sultanovadakı dükanından kredit televizor götürmək istəyirdim. Televizoru seçdim, kredit mütəxəssisinə yaxınlaşanda bildirdi ki, Bakının Xutor, Sovetski ərazilərinin sakinlərinə, həmçinin Yasamalın həyət evlərində yaşayan şəxslərə kredit verilmir". Вернуться назад |