Главная > Müsahibə > Azərbaycan İslam Partiyası Azərbaycan xalqını təbrik etdi

Azərbaycan İslam Partiyası Azərbaycan xalqını təbrik etdi


20-04-2016, 22:05.

AİP Həzrət İmam Əlinin (ə.s.) mövludu münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edib.

"Əziz müsəlman qardaş və bacılarımız, hörmətli Əhli-beyt aşiqləri, sizləri on iki imam atası, İslamın birinci imamı, hidayət yolunun çırağı Həzrət Əmirəlmöminin Əli(ə.s.)-ın mövludu münasibətilə başda İmam Zaman(ə.f.) olmaqla səmimi qəlbdən təbrik edirik. Ömrünüzə və həyatınıza O Həzrətin əxlaqının, elminin, fəzilət və şücaətinin bərəkətini arzulayır, ümumi İslam ümmətinə Əli(ə.s.) ədalətini diləyirik.

 

Həzrət Əli(ə.s.) Rəcəb ayının 13-də Məkkədə Kəbə evində dünyaya gəlib. Bu şərafətli gəliş ondan başqa heç bir bəndəyə nəsib olmayıb. Allah evində dünyaya gəldiyindən xaliqimiz adını öz adından seçmiz, ona öz elmindən agahlıq vermişdir. Peyğəmbərimiz Rəsulullah(s) Əmirəlmöminini(ə) elm şəhərinin qapısı, helm günəşinin nuru adlandırmışdır. Qurani-Kərimdə İmam Əli(ə.s.)-ın fəzilətlərinə işarə edən, o Həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən(s) sonra ən üstün şəxsiyyət kimi göstərən ayələrdən biri Siddiqin adını daşıyan Hədid surəsinin 19-cu ayəsidir. Bu ayədə buyurulur: Allaha və Peyğəmbərinə iman gətirənlər-məhz onlar Allah dərgahında olan siddiqlər (sözündə və əməlində doğru olanlar) və şəhadət verənlərdir. Onların öz mükafatları və nurları vardır!

 

Allahın izni və vəhyi ilə Peyğəmbər(s)-ın qızı Fatimeyi-Zəhra(ə.s.) ilə evlənən Həzrət Əli və xanımı bu izdivacla dünyaya on iki imam bəxş etdilər ki, bu da bəşəriyyətin xilası üçün mühüm şərt olmuşdur.


Əziz xalqımızı və bütün dünya müsəlmanlarını bu unudulmaz mövlud günü münasibətilə bir daha təbrik edir, Allahdan evlərinizə bərəkət, sizlərə rəhmət, hər bir ailəyə yaxşı güzəran, xoş axirət diləyirik".

 

Uluyol.info



Вернуться назад