Главная > Ölkə > Bu gün Milli Qəhrəmanımızın doğum günüdür – FOTOLAR

Bu gün Milli Qəhrəmanımızın doğum günüdür – FOTOLAR


22-04-2016, 01:00.

Allahverdi Bağırov: "Ermənilər ancaq mənim meyyitimin üstündən keçib Ağdama girə bilərlər. Kim hara gedir getsin, mən Ağdamda qalacağam."

Allahverdi Bağırov Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.22 aprel Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür.

Uluyol.info xəbər verir ki, Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub.Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə, Vətən oğulları batalyonuna Allahverdi Bağırov rəhbərlik edib.

Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.

Onun Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.

Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. 

Allahverdi Bağırov Xocalı faciəsində əsir düşən 1003 nəfərin azad olunmasına nail olub.

Ən böyük hərbi uğuru 1992-ci il 12 iyunda Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olub. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib, döyüşçülər Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Bu döyüşdən Ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olub.

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib. 


22 Aprel Milli Qəhrəman Allahverdi Bağırovun döğum günüdür.

 


Вернуться назад