Главная > Kriminal > Bir gündə 3 nəfər özünü asdı
Bir gündə 3 nəfər özünü asdı21-04-2016, 14:42. |
Son sutka ərzində Bakıda 3 nəfər intihar edib. Binəqədi rayon Goradil bağ massivindəki nömrəsiz evdə yaşayan 1982-ci il təvəllüdlü Məmmədova Aynurə İzzət qızı özünü həyətdəki talvardan kapron iplə asaraq intihar edib. Binəqədi qəsəbə sakini, 1957-ci il təvəllüdlü Məmmədov Səlimxan Əliyar oğlu isə özünü yaşadığı mənzildə asıb. Oxşar hadisə Nizami rayonunda da baş verib. Keşlə qəsəbə sakini, 1946-cı il təvəllüdlü Ağacanov Akif Abdulla oğlu özünü yaşadığı evdə asıb. A.Məmmədova və A.Ağacanovun xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(lent.az) Вернуться назад |