Главная > Ölkə > Mərhum jurnalist Nərgiz Yaqublunun il mərasimi keçiriləcək

Mərhum jurnalist Nərgiz Yaqublunun il mərasimi keçiriləcək


21-04-2016, 22:21.
Mərhum jurnalist Nərgiz Yaqublunun il mərasimi keçiriləcək
Gənc siyasi fəal, mərhum jurnalist Nərgiz Yaqublunun vaxtsız ölümündən bir il ötür. Bununla əlaqədar Yaqublu ailəsi il mərasimi verəcək. 

Mərasim aprelin 23-də saat 13:00-da olacaq.

Bu barədə musavat.com-a mərhum jurnalistin atası, Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib: "Qaraçuxurdan Suraxanıya gedilən yolun üzərində "LUKoil” yanacaqdoldurma məntəqəsi var. Məntəqənin arxasında Xəzri (keçmiş Haça-dağ) şadlıq evi var. Mərasim bu şadlıq evində olacaq. Ayın 23-də saat 13:00-da başlayacaq”.

Xatırladaq ki, Nərgiz Yaqublu bir il öncə Rusiyanın Tomsk şəhərindəki xəstəxanada müalicə olunarkən dünyadan faciəli şəkildə köç etmişdi. O, Hepatit C xəstəliyindən əziyyət çəkirdi. 

N.Yaqublu ölümündən bir həftə əvvəl övladını dünyaya gətirsə də, həkimlər gənc xanımın həyatını xilas edə bilməmişdilər. Nərgiz Yaqublunun indi bir yaşı olan oğlu Kənan ondan ailəsinə qalan yeganə yadigardır. 

Cavanşir ABBASLI,
Musavat.com

Вернуться назад